“İnter” Azərbaycan çempionatlarında özünün 450-ci oyununu keçirib.
Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisinin yubiley oyunu Topaz Premyer Liqasının XXV turunun “Rəvan”la matçına təsadüf edib. Bakılılar 3:1 hesabı ilə qalib gəlib, 450-ci qarşılaşmada 232-ci qələbəsini qazanıb. 113 heç-heçə və 105 məğlubiyyəti də olan “İnter” bu oyunlarda 614 qol vurub, 371-ni buraxıb. Paytaxt klubu 226 dəfə öz, 224 dəfə rəqib meydanına çıxıb.
“İnter” 1999-2004-cü illərdə “Xəzər Universiteti”, 2004-cü ildən sonra isə indiki adı altında çıxış edib. Komandanın ilk matçı 1999/2000 mövsümünə təsadüf edib. 1999-cu il oktyabrın 29-da baş tutan debüt matçında “Xəzər Universiteti” öz meydanında “Şəfa”ya uduzub – 0:1.