"Qarabağ" ilə "Qəbələ"nin futbolçuları Bosniya və Hersoqovina millisinə dəvət alıb.
Sportarena.az xəbər verir ki, Premyer Liqamızda çıxış edən "Qarabağ"ın qapıçısı İbrahim Şehiç və "Qəbələ"nin hücumçusu Ermin Zets milli komandaya dəvət olunub.
Onlar martın 25-i və 29-u müvafiq olaraq Lüksemburq və İsveçrə millisi ilə keçiriləcək matç üçün ölkələrinə yollanıb.