"Mançester Siti"nin yarımmüdafiəçisi Yaya Ture zədəsini bərpa edib.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, xavbek bu gün komanda yoldaşları ilə birlikdə məşqlərə başlayıb.
Zədəsini yeni bərpa etməsinə baxmayaraq, futbolçunun Ukraynanın "Dinamo" klubuna qarşı keçiriləcək matçda forma geyinəcəyi gözlənilir.