Şəhriyar Məmmədyarov növbəti qələbəsini qazanaraq 5-ci pillədə qərarlaşdı

19:22 14 Mart 2016

Reykyavik şəhərində keçirilən "Reykyavik Open 2016"  beynəlxalq şahmat turniri davam edir. 

 

Sportarena.az xəbər verir ki, 7-ci turda Şəhriyar Məmmədyarovun rəqibi avstraliyalı Moulsun Li olub. Qara fiqurlarla mübarizə aparan təmsilçimiz bu turda qələbə qazanaraq aktivindəki xal ehtiyatını 5.5-ə çatdırıb. Beləliklə, 7 turdan sonra Ş.Məmmədyarov 5.5 xalla 5-ci pillədə qərarlaşıb. 8-ci turda həmyerlimiz Slovakiya təmsilçisi Aleksandr Beliavski ilə qarşılaşacaq.

 


Qeyd edək ki, yarış İsveçrə sistemi ilə keçirilir və 10 turdan ibarətdir.


Digər xəbərlər

Xəbər xətti