Çempionlar Liqasının 1/8 final mərhələsi çərşivəsində keçiriləcək "Bavariya" - "Yuventus" matçını idarə edəcək hakimlər açıqlanıb.
Sportarena.az xəbər verir ki, UEFA matçı İsveçli hakimlər briqadasına həvalə edib. Belə ki, matçın baş hakimi isveçli Yonas Eriksson idarə edəcək. Ona bu işdə Mattias Klasenius, Daniel Varnmark köməklik edəcək. Dördüncü hakim funksiyasını Mehmet Kulum yerinə yetirəcək.
Qeyd edək ki, "Bavariya" - "Yuventus" oyunu martın 16-ı keçiriləcək