Fransa Liqa 1-də dünən "Trua" üzərində 9:0 hesablı qələbə qazanaraq mövsümün sonuna 8 tur qalmış PSJ çempionluğu rəsmiləşdirib.
Sportarena.az xəbər verir ki, bu qələbədən sonra ulduz futbolçu Zlatan İbrahimoviç "Trua" ilə matçdan sonra maraqlı açıqlamalar ilə yadda qalıb:
"Daha ay yarım burdayam. Bu müddətdən sonra Parisdən ayrılacağam. Artıq PSJ-dəki vəzifəm başa çatdı", - deyə futbolçu açıqlamasında bildirib.
Qeyd edək ki, futbolçunun komanda ilə müqaviləsi mövsümün sonunda başa çatır.