Şəhriyar Məmmədyarovun “Reykyavik Open 2016” turnirində rəqibi bəlli olub

22:31 14 Mart 2016

İslandiyanın paytaxtında keçirilən “Reykyavik Open 2016” beynəlxalq şahmat turniri davam edir.

 7-ci turda Şəhriyar Məmmədyarovun rəqibi avstraliyalı Moulsun Li oldu. Qara fiqurlarla mübarizə aparan təmsilçimiz bu turda qələbə qazanaraq xallarının sayını 5,5-ə çatdırıb və beşinci pillədə qərarlaşıb. Həmyerlimiz səkkizinci turda Slovakiya təmsilçisi Aleksandr Belyavski ilə qarşılaşacaq.

Turnirdə 30-dan çox, o cümlədən Rusiya, Macarıstan, ABŞ, İtaliya, Almaniya və s. ölkədən 246 şahmatçı qələbə uğrunda mübarizə aparır. Azərbaycanı bu turnirdə beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov təmsil edir.

Yarış İsveçrə sistemi üzrə 10 turdan ibarət keçirilir.


Digər xəbərlər

Xəbər xətti