AAAF Park Yaşayış Kompleksinin yarış zalında pauerliftinq üzrə Azərbaycan çempionatı keçirilib.
Sportarena.az xəbər verir ki, “Zirvə” Beynəlxalq İdman Klubunun təşkilati dəstəyi ilə keçirilən yarışda ölkəmizin bütün bölgələrindən yüzə yaxın qadın və kişi idmançı medallar uğrunda mübarizə aparıb.
Çempionat üçnövçülük üzrə təşkil olunub.
Azərbaycanın ən güclü idmançılarının, Avropa və dünya çempionlarının qüvvələrini sınadığı turnir gərgin idman mübarizəsi şəraitində keçib. Kişilər arasında 75 və 82 kiloqram çəki dərəcələrində Azərbaycan rekordu yenilənib.
Çempionat aprelin 21-24-də Rostovda həvəskarlar, iyunun 6-12-də peşəkarlar arasında Mançesterdə keçiriləcək Avropa çempionatlarına, həmçinin avqustda hər iki versiya üzrə Novosibirskdə təşkil ediləcək dünya çempionatına hazırlıq xarakteri daşıyıb.