Fransızlar "Barselona"nın təklifinə "yox" dedi

01:34 15 Mart 2016

“Barselona”nın “Renn”in futbolçusu Osman Dembeleni heyətinə qatmaq niyyəti reallaşmayıb. Sportarena.az xəbər verir ki, Fransa təmsilçisi 18 yaşlı hücumçunu satmağa razılıq verməyib. Belə ki, onlar qarşı tərəfin 35 milyon avroluq təklifini geri çeviriblər.
 
“Renn” rəhbərliyinin bu addımı futbolçunun transfer qiymətini artırmaq məqsədilə atdığı bildirilir. Lakin ispanlar Dembelenin transferinə daha çox pul xərcləmək fikrindən uzaqdılar. “Renn”in yetirməsi olan Dembele Fransanın U-19 yığmasının üzvüdü.  
 


Digər xəbərlər

Xəbər xətti