"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri klubla yeni müqavilə imzalayacaq.
Sportarena.az xəbər verir ki, 48 yaşlı mütəxəssisin yeni müqaviləsinin müddəti 2019-cu ilə qədər olacaq. Yeni müqaviləyə əsasən Alleqrinin məvacibinin 3,5-dən 4,5 milyon avroya yüksələcəyi gözlənilir.
Bu barədə rəsmi məlumatın sabah Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində "Bavariya" ilə matçdan sonra veriləcəyi gözlənilir.