Antonio Kontenin İtaliya milli komandasının baş məşqçi postundan ayrılacağı rəsmiləşib.
Sportarena.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio məlumat verib. Prezident açıqlamasında Kontenin "Avro-2016"dan sonra milli komandadan ayrılacağını bildirib.
Xatırladaq ki, bir müddət öncə Kontenin "Çelsi" klubu ilə razılığa gəldiyi bildirilsə də, İtaliya millisindən ayrılacağı barədə rəsmi məlumat verilməmişdi.
Qeyd edək ki, təcrübəli mütəxəssis 2014-cü ilin avqustunda milli komandanın baş məşqçi vəzifəsinə təyin edilib.