Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu gün keçirilən növbəti iclasda Azərbaycan Kubokunun 1/4 final mərhələsində və Premyer Liqamızın XXV turunda baş tutan matçlarda yol verilmiş qayda pozuntularına görə müvafiq cəzalar tətbiq olunub.
Azərbaycan Kubokunun 1/4 mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “İnter” – “Rəvan” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Azərbaycan Kubokunun 1/4 mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının XXV turunun “Qəbələ” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 85-ci dəqiqəsində “Zirə” klubunun məşqçisi Anar Niftəliyev texniki zona qaydaların pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 1000 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının XXV turunun “Sumqayıt” – “Qarabağ” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.