AFFA I divizion klublarını cəzalandırdı

16:18 15 Mart 2016

Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.
 

Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, İntizam Komitəsinin bu gün keçirilən iclasında I Divizion klubları da cəzalandırılıb.

 
 

I Divizionun XVII turunun “Şəmkir” – “Bakı” matçının 90+3-cü dəqiqəsində “Bakı” klubunun 41 №-li futbolçusu Müşviq İlyasov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunub.
 

I Divizionun XVII turunun “Ağsu” – “Mil-Muğan” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
 

Oyunun 73-cü dəqiqəsində “Ağsu” klubunun 12 №-li futbolçusu Adil Tağıyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunub.
 

I Divizionun XVII turunun “Qaradağ Lökbatan” – “Bakılı” matçının 74-cü dəqiqəsində “Bakılı” klubunun 3 №-li futbolçusu Zahid Quliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti