"Kəpəz"in müdafiəçisi Tərlan Quliyev milliyə dəvət alması barəsində açıqlama verib.
Sportarena.az xəbər verir ki, klubun rəsmi saytına açıqlama verən futbolçu bunları deyib:
“Əvvəlcə deyim ki, bu bayram günləri mənim üçün ikiqat sevincli oldu. Ötən tur həm qələbə qazandıq, həm də millinin düşərgəsinə dəvət aldım. Yığmanın baş məşqçisi oyunlara baxıb, futbolçuları heyətə dəvət edir. Robert Prosineçkinin milliyə gəlişindən sonra üçüncü dəfədir ki, komandaya çağırılıram. Açığı, dəvət alacağımı gözləyirdim. Son oyunlarda “Kəpəz”in uğurlu çıxışı və bunda az da olsa, mənim də əməyimin olması yığmaya yolumu açmışdı. Hər şey göz qabağındadır. “Kəpəz”dən tək mən yox, digərləri də yığmaya namizəddir”.