Elnur Cəfərov: "İspaniya klubuna keçidim yaxın günlərdə reallaşacaq"

18:58 15 Mart 2016

"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Elnur Cəfərovun müsahibəsi

- İspaniyaya nə vaxt getməyi düşünürsünüz?
- Fikrimcə, "Real Ovyedo"ya keçidim tezliklə baş tutacaq. Amma bir qədər gözləməliyəm. Yaxın günlərdə "Xəzər Lənkəran"la bu keçidin bütün detallarına aydınlıq gəlməlidir.

- Nə əcəb ispanlar azərbaycanlı futbolçunu belə bəyənib, klublarında görmək istədilər?
- (gülür) Bir həftəlik məşqlər zamanı onların xoşuna gəldim. Klubun gənclərdən ibarət məktəbinin direktoru mənim oyunum barədə müsbət fikirlər söylədi. O dedi ki, mənim əsas komandada oynamaq üçün böyük şansım var.

- Amma yəqin ki, bu mövsüm yox...
- Bəli, bu mövsüm sözügedən komandada oynamaq mümkün olmayacaq. Amma oyun təcrübəsi baxımından problem olmayacaq. Əvəzedici heyətdə meydana çıxacağam.

- Yeri gəlmişkən, hazırda formanızı qorumaq üçün nə edirsiniz? Çünki sizin "Xəzər Lənkəran"la məşq etmədiyinizi bilirik...
- Fərdi qaydada hazırlaşmaqla formamı qorumağa çalışıram. Dəniz kənarında məşq edirəm, daha çox fiziki hazırlığa diqqət ayırıram.

- Bəs oyun təcrübəsi baxımından?
- Topla da məşq edirəm. Daha çox futbol oynamağa çalışıram.

- Martın 24-də Azərbaycanın U-21 yığmasını AÇ-nin seçmə mərhələsi çərçivəsidə Rusiya ilə oyun gözləyir. Həmin toplanışa siz də dəvət alacaqsınız?
- Dəvət alacağam. Rusiyaya qarşı oynamalıyam. Ona görə də öz üzərimdə səylə məşq edirəm.

- Amma iki ay peşəkar futbol oynamadan sizə çətin olacaq...
- Fikrimcə, bu baxımdan problem olmayacaq. Rusiya ilə oyun üçün məndə güc var. Həm də yanvar ayında komanda ilə yaxşı toplanış keçdik. Bu, bizim üçün vacib oyundur. Yaxşı oynayıb, müsbət nəticə qazanmalıyam.

Azerisport.az


Digər xəbərlər

Xəbər xətti