Mustafa Dənizlinin istefasından sonra "Qalatasaray"ın baş məşqçi postuna müvəqqəti olaraq Orhan Atik gətirilib.
Sportarena.az xəbər verir ki, "aslanlar" baş məşqçi postuna yenidən dəyişiklik etmək niyyətindədir. Belə ki, klub hal-hazırda I divizionda çıxış edən "Bakı"nın sabiq baş məşqçisi Bülənt Korkmazla danışıqlara başlayıb. Məlumata görə, Korkmazla 3 illik müqavilə imzalanacaq.