Bu gün Türkiyə Superliqasında XXV turun son oyunu keçirilib.
Sportarena.az xəbər verir ki, bu gün "Beşiktaş" səfərdə "Trabzonspor"un qonağı olub. Gərgin keçən maçt "qartallar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın 76-cı dəqiqəsində Mario Qomez hesabı açıb. 85-ci dəqiqədə isə Olcay Şahan fərqi 2 topa çatdıraraq "Beşiktaş"a qələbə qazandırıb.
Bu qələbədən sonra xalını 60-a yüksəldən "Beşiktaş", "Fənərbaxça"dan 2 xal fərqi ilə 1-ci pillədə qərarlaşıb.