Eddi İsrafilov Azərbaycan milli komandasının martın 21-dən 27-dək Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak etməyəcək.
Eddi İsrafilovun çıxş etdiyi “Kordoba” klubu İspaniya çempionatının yüksək liqasına vəsiqə qazanmaq uğrunda mübarizə apardığı üçün klubun baş məşqçisi futbolçunun Azərbaycan millisinin toplanışında iştirak etməməsi ilə bağlı müraciət edib. Millimizin baş məşqçisi Robert Prosineçki müraciəti müsbət cavablandırıb.