Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyip Erdoğan keçmiş basketbolçu və hazırda Türkiyə Basketbol Federasiyasında baş direktor vəzifəsində işləyən Hidayət Türkoğlunu yeni vəzifəyə təyin edib.
Türkiyə mətbuatının məlumatına görə, Türkoğlu bundan sonra Prezident Sarayında ölkə başçısının baş məsləhətçi vəzifəni yerinə yetirəcək.
Basketbolçu karyerasında 5 il “Efes Pilsen”də forma geyinən Hido, 2000-ci ildə Amerikaya yollanıb. 15 NBA-da “Sakramento Kinqs”, “San Antonio Spörs”, “Orlando Macik”, “Toronto Reptors”, “Finiks Sans” və “Los Angeles Klippers” klublarının şərəfini qoruyub. Milli komandanın heyətində 2001-ci ildə Avropa, 2010-cu ildə isə dünya ikincisi olub.