Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Sonuncu yarışların nəticələrinə əsasən tərtib edilən siyahıda Azərbaycan yığma komandasının liderləri yenə də yuxarı sıralarda qərarlaşıblar. Qitədə keçirilən bütün turnirlərə qatılaraq medal qazanan cüdoçularımızdan Elmar Qasımov (100 kq) siyahıda yenə birincidir. Onunla yanaşı, ilk “onluqda” daha üç idmançımız yer alıb. Rüstəm Orucov (73 kq) ikinci, Orxan Səfərov (60 kq) dördüncü, Nicat Şıxəlizadə (66 kq) isə altıncı sıradadır.
Peter Zayzenbaherin digər yetirmələrindən İlqar Müşkiyev (60 kq) 14-cü, Tərlan Kərimov (66 kq) 40-cı, Məhəmmədəli Mehdiyev (90 kq) 33-cü, Elxan Məmmədov (100 kq) 19-cu, Uşanqi Kokauri (+100 kq) 30-cu, Aişə Qurbanlı (48 kq) isə 45-cidir.
Cüdo idman növü üzrə Olimpiadaya lisenziya reytinq xalına əsasən verilir.