Dünən "Bavariya"ya qarşı keçirilən matçda "Yuventus"un qapıçısı Canluici Buffon yeni rekorda imza atıb.
Sportarena.az xəbər verir ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin cav oyunları çərçivəsində keçirilən "Bavariya" - "Yuventus" matçında (4:2) 120 dəqiqə meydanda olan Buffon, "qoca sinyora"nın heyətində ÇL-da ən çox oyun keçirən futbolçu olub. Belə ki, dünən 90-cı matçına çıxan Buffon, klubun canlı əfsanəsi Aleksandro del Pyeronun rekordunu yeniləyib.