Şəhriyar Məmmədyarov 5-ci oldu

14:39 17 Mart 2016

İslandiyanın paytaxtı Reykyavik şəhərində keçirilən  “Reykyavik  Open 2016”  beynəlxalq şahmat turniri başa çatıb. 

 

Sportarena.az xəbər verir ki, İsveçrə sistemi ilə 10 turdan ibarət  keçirilən  yarışın  sonuncu turunda  ölkəmizi təmsil edən Şəhriyar Məmmədyarov Bolqarıstan şahmatçısı  İvan Ceparinovla xalları yarı bölüb.


Beləliklə,  10  turdan 7.5 xal toplayan Məmmədyarov 3-10-cu yerləri bölüşdürərək, əlavə göstəricilərə  görə  5-ci  pillədə qərarlaşıb. Yarışın qalibi 8.5 xal toplayan Hindistan təmsilçisi Adhiban Qubta olub.


Turnirdə ölkəmizlə yanaşı, Rusiya, Macarıstan, ABŞ, İtaliya, Almaniya və s  31 ölkədən  235 şahmatçı qələbə uğurunda mübarizə aparırdı.


Digər xəbərlər

Xəbər xətti