"Lester"nin baş məşqçisi Klaudio Ranyeri gələcək karyerası haqda danışıb.
Sportarena.az xəbər verir ki, İtaliyalı mütəxəssis verdiyi açıqlamada karyerasını ingilis klubunda başa vurmaq istədiyini bildirib:
"Lester"də məni hər şey qane edir. Bu səbəbdən başqa komandaya getmək barədə düşünmürəm. Ümid edirəm ki, rəhbərlik mənə 5-6 illik müqavilə təklif edəcək və belədə karyeramı elə burada başa vuracam".
Qeyd edək ki, "Lester" 30 turdan sonra 63 xalla İngiltərə Premyer Liqasında ilk pillədə qərarlaşıb.