"Portu"nun prezidenti Jorje Pintu Portuqaliya mətbuatına verdiyi açıqlamada maraqlı fikirləri ilə yadda qalıb.
Sportarena.az xəbər verir ki, ispaniyalı qolkiperin oyununu bəyənmədiyini bildirən prezident, qapıçı ilə müqavilə imzalamaqda səhv etdiklərini söyləyib:
“Kasilyası bizə agenti təklif etmişdi. O demişdi ki, İker hələ uzun müddət yüksək səviyyədə oynamaq istəyir. Yeganə şərti isə komandanın bir nömrəsi olmaqdı. Ancaq biz oyununla müqavilə imzalamaqla böyük səhv etdik. Kasilyas heç bir ümidimizi doğrultmadı.
Onun səhvləri ucbatından ölkə çempionatında birincilik uğrunda oynaya bilmirik və Kasilyasa görə Çempionlar Liqasında mübarizəni dayandırdıq. Kasilyası ABŞ-a yollaya bilsək, bu, bizim üçün əla transfer olacaq”.