"Qarabağ" – "Qalatasaray" oyunu olmayacaq

23:11 17 Mart 2016

Türkiyənin “Qalatasaray” klubunun Bakıya səfəri baş tutmayacaq. Bu barədə məlumatı “Türk Hava Yolları” (THY) şirkətinin Bakı ofisinin rəhbəri Seyfullah İlyas verib.
 
THY Azərbaycandakı fəaliyyətinin 25 illiyinin tamam olması münasibətilə martın 29-da “Qalatasaray”la “Qarabağ”ın yoxlama görüşünü planlaşdırırdı. Bununla bağlı hətta hər iki klubun ilkin razılığı da alınmışdı.
 
Lakin Seyfullah İlyas bu qarşılaşmanın baş tutmayacağını bildirib: “Planlaşdırılan tarixlə bağlı komandaların öz proqramları var. Təqvim sıxlığı olduğundan, “Qalatasaray” və “Qarabağ” arasındakı görüş təşkil olunmayacaq. Biz bu oyunun baş tutmasını çox istəyirdik. Bunun üçün əlimizdən gələni etdik. Əfsuslar olsun ki, matçı keçirmək mümkün olmayacaq”.
 
Qeyd edək ki, “Qalatasaray” tərəfi iki komanda arasında görüşün başqa tarixə salınmasının mümkünlüyünü istisna etməyib (apasport.az).


Digər xəbərlər

Xəbər xətti