Blatter yenə etiraz etdi

11:07 18 Mart 2016

FİFA-nın sabiq prezidenti Yozef Blatter  FİFA Etika Komitəsinin onu 6 il futboldan uzaqlaşdırması ilə bağlı qərarına etiraz edib.

 

Sportarena.az xəbər verir ki,  CAS-ın rəsmi saytında olan məlumata görə o, bu barədə İdman Arbitraj məhkəməsinə (CAS) apellyasiya şikayəti verib.

 

Qeyd edək ki, Y.Blatter FİFA-dan qeyri-qanuni olaraq 2 milyon İsveçrə frankı aldığı üçün əvvəlcə 8 il müddətinə futboldan uzaqlaşdırılıb. Y.Blatterin etirazından  sonra onu cəzası 6 ilə endirilib.


Digər xəbərlər

Xəbər xətti