"Aston Villa"nın irlandiyalı yarımmüdafiəçisi Cek Qriliş İngiltərə millisində oynamaq hüququ qazanıb.
Sportarena.az xəbər verir ki, futbolçunun ikili vətandaşlığı olduğu üçün FİFA Qrilişin İngiltərə millisində oynamasına icazə verib. Ötən yay İrlandiya millisinin baş məşqçisi Martin O`Neil futbolçunu millliyə dəvət etsə də, o bu təklifi rədd etmişdi.
Qeyd edək ki, yanvar ayında zədələnən futbolçu hal-hazırda yaşıl meydanlardan uzaqdadır.