UEFA Tasarova gözlənilən cəzanı vermədi

13:56 18 Mart 2016

"Lokomotiv"in yarımmüdafiəçisi Dmitri Tarasov diskvalifikasiya edilməyəcək.

 

Sportarena.az xəbər verir ki, daha öncə futbolçunun 10 oyun cəzalandırılacağı barədə məlumatlar yayılsa da, UEFA İntizam Komitəsi futbolçunu yalnız 5 min avro cəzalandırıb.

 

Qeyd edək ki, Avropa Liqasının 1/16 final mərhələsində "Fənərbaxça"nın qonağı olan "Lokomotiv" klubunun futbolçusu Dmitri Tarasov, matçdan sonra formasını çıxardaraq maykasında olan Rusiyanın prezidenti Vladimir Putinin şəkilini nümayiş etdirmişdir.


Digər xəbərlər

Xəbər xətti