“Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu yeni vəzifəyə təyin edilib.
Sportarena.az xəbər verir ki, Cəbrayıloğlu bundan sonra “Xəzər Lənkəran”la yanaşı, klubun əsas sponsoru olan “Palmali"nin Bakı ofisinin, eləcə də həmin quruma daxil olan şirkətlərin mətbuatla əlaqələrinə nəzarət edəcək. “Xəzər Lənkəran” rəsmisi artıq yeni vəzifəsinin icrasına 1 aydır ki başlayıb.
(“Futbol+ qəzeti”)