"Real"ın hücumçusu Qaret Beyl Ukrayna və Şimali İrlandiya yığma komandaları ilə oyun üçün milliyə çağırılmadı.
Sportarena.az "BBC Sport"a istinadən xəbər verir ki, Uels millisinin baş məşqçisi Kris Koleman mart ayının 24-ü Ş.İrlaniyaya və dahaa sonraayın 28-i Ukrayna millisinə qarşı keçirləcək oyunlar üçün Qaret Beyli heyətə dəvət etməyib. Bu barədə açıqlama verən baş məşqçi, bu qərarın Uels Futbol Federasiyası ilə "Real" klubunun birgə qərarı olduğunu bildirib.
Baş məşqçi sözügedən 2 oyun üçün aşağıda adları qeyd olunmuş futbolçuları milliyə çağırıb:
Qapıçı: Ueyn Xenesi, Deni Uord, Fon Vilyams
Müdafiəçilər: Eşli Vilyams, Ceyms Çester, Ben Devis, Kristofer Qanter, Adam Metyüz, Nil Teylor, Adam Henli, Eşli Riçard
Yarımmüdafiəçilər: Yozef Ledli, Co Allen, Devid Bon, Emir Xyus, Conatan Vilyams, Şon Makdonald, Corc Vilyams, Lloyd Ayskrou, Endryu Krofts
Hücumçular: Devid Kotteril, Xal Robson-Kanu, Tom Lourens, Saymon Çörç, Sem Vouks, Tomas Brendşoy