Xəbər verdiyimiz kimi mart ayının 17-də Bişkekdə "Novruz-2016" turnirinin iki qarşılaşması keçirilir.
Sportarena.az xəbər verir ki, turnirin ilk günü milli komandamız üçün uğursuz olub. Belə ki, əsası gənc basketbolçulardan təşkil olunan Azərbaycan yığması Qazaxstanın daha təcrübəli "Aktau" komandasına 51:100 (14-33, 18-28, 8-17, 11-22) hesabı ilə məğlub oldu.
Yerli komandaların görüşü isə "Politexnik" İK - "Bars" BK üzərində inamlı qələbəsi ilə nəticələndi (89:48 /29-10, 24-16, 24-8, 11-14/).