Mart ayının 20-də Premyer Liqanın XXVI turu çərçivəsində son matç Lənkəranda baş tutacaq.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda paytaxtın “İnter” klubunu qonaq edəcək və matç saat 13.30- da start götürəcək.
Lənkərandakı bazasında matçın hazırlığını davam etdirən “Xəzər Lənkəran” rəqibi qarşısına iki ciddi itki ilə çıxacaq. Belə ki, 4 sarı vərəqə səbəbindən cəzalı duruma düşən Orxan Sadıqlı və müqavilə ilə “ İnter” klubuna məxsus olan Tural Qürbətov qarşılıqlı anlaşma səbəbindən komandamıza kömək edə bilməyəcək.