Şahin Diniyev: "Heç kim bu barədə danışa bilməz"

20:24 19 Mart 2016

“Əvvəla “Neftçi” komandasına belə oyun sərhilədiyi üçün təşəkkür edirəm. Həqiqətən də, bu oyun liderlərin mübarizəsi kimi təsir bağışladı. Qapımızdan qollar buraxmağın səbəbi futbolçularımın arxayınlaşması oldu. Lakin, komandam yenidən özünə gəlib 3-cü qolu vuraraq qələbə qazandı. Düşünürəm ki, bu hesab hər iki komanda üçün layiqli nəticə idi”.


Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının XXVI turunda “Neftçi”yə 1:0 hesabı ilə qalib gəlmiş “Kəpəz” klubunun baş məşqçisi Şahin diniyev deyib.


Baş məşqçi “Neftçi”yə 11 ildən sonra qalib gəldikləri üçün şad olduğunu bildirib:

“11 il öncə də “Kəpəz” mənim başçılığım altında qələbə qazanmışdır. Bu qələbəyə görə çox sevinirəm. Artıq heç kim 11 illik qələbəsizlik barədə danışa bilməyəcək”.


Digər xəbərlər

Xəbər xətti