"Beşiktaş"ın təcrübəli qapıçısı Tolqa Zəngin zədələnib.
Sportarena.az xəbər verir ki, qapıçı Türkiyə Superliqasının XXVI turunda keçiriləcək "Beşiktaş" - "Antalyaspor" matçında öncə məşq zamanı zədələnib. Dərhal tibbi müayinədən keçən qapıçının matçda forma geyinməyəcəyi məlum olub.
Qeyd edək ki, Tolqanın yerinə "qartallar"ın qapısını Denis Boyko qoruyacaq.