Avstraliyada Formula 1 üzrə dünya çempionatının ilk mərhələsi geridə qalıb.
Sportarena.az xəbər verir ki, mövsümün ilk yarışında startda yer alan "Mersedes" sürücüləri liderliyi qoruya bilməyiblər.
Fettel startda hücum edərək onları ötüb. Komanda yoldaşı Kimi Raykonen də bundan istifadə edərək 2-ciliyə yüksəlib. Yarışın həlledici anı kimi Alonsonun Qutyerreslə toqquşmasını qeyd edə bilərik. Qorxunc qəzadan sonra yarış dayandırılıb. Restartdan sonra trasda fərqli mənzərə yaşanıb. "Mersedes" sürücüləri ağ təkərlərlə finişə qədər gedə biliblər və nəticədə podiumun ilk 2 pilləsini zəbt ediblər.
Sebastyan Fettel 3-cü yeri tutub. Onun komanda yoldaşı Kiminin maşınında problem yaşanıb və o , mübarizəni vaxtından əvvəl dayandırıb. Çempionatda debüt edən "Haas" komandası ilk yarışdaca Roman Qrojanla 6-cı pilləni tutub.