Tərlan Əhmədov: "Sən saydığını say, gör fələk nə sayır"

17:30 20 Mart 2016

“Oyunun ağır olacağını bilirdik. Bu səbəbdən çox ciddi hazırlaşmışdıq bu oyuna. “Zirə” yeni yaranmış və çox iddialı komandadır. Amma buna baxmayaraq biz ilk dövrədə doğma meydanda onları məğlub etmişik. Biz qalib də gələ bilərdik lakin, “Zirə” klubu əlinə düşən imkanlardan maksimum yararlandı. Bu gün məğlub olmağımıza baxmayaraq komandamdan tam razıyam”.


Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının XXVI turunda “Zirə”yə 4:2 hesabı ilə məğlub olmuş AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov deyib.


Baş  məşqçi heyətdə gec əvəzləmələr etməyi belə izah edib:
“Meydanda olan futbolçuların oyunu məni qane etdiyi üçün dəyişikliklərə gec əl atdım. Hesab 2:2 olduqda düşünmürdüm ki sona qədər hesab belə dəyişə biləcək. Bu səbəbdən dəyişiklikləri sona saxladım ki, hesabı öz xeyirimizə dəyişək. Amma, bir məsəl var: sən saydığını say, gör fələk nə sayır”


Digər xəbərlər

Xəbər xətti