"Qalatasaray" - "Fənərbaxça" matçı təxirə salındı

21:23 20 Mart 2016

Bu gün Türkiyə Superliqasının  XXVI turunda keçiriləcək “Qalatasaray” – “Fənərbaxça” oyunu təxirə salınıb.

 

Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, terror təhlükəsi səbəbindən son anda belə bir qərar qəbul edilib. İlk öncə azarkeşsiz oynama qərarı verilsə də, daha sonra oyun təxirə salınıb. 

 

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 18.30-dan etibarən stadiona girən azarkeşlər çölə çıxarılmağa başlayıb.


Digər xəbərlər

Xəbər xətti