17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatına vəsiqə uğrunda elit mərhələ oyunları davam edir. Elit mərhələnin Gürcüstanda keçirilən 3-cü qrupunda mübarizə artıq yekunlaşıb.
Bu qrupda İtaliya yığması qrup birincisi olaraq, bu il Azərbaycanda keçiriləcək AÇ-2016-nın final mərhələsinə vəsiqəni təmin edib. Qrup ikincisi olan Bosniya və Herseqovina da şansını saxlayır.
Qeyd edək ki, daha öncə Bakıdakı AÇ-yə Belçikanın U-17 yığması vəsiqə qazanmışdı.
Xatırladaq ki, AÇ-nin final mərhələsinə elit raundun 8 qrup qalibi, eləcə də ən yaxşı göstəriciyə malik 7 qrup ikincisi vəsiqə qazanacaq. AÇ-2016-nın final mərhələsi 5-21 may aralığında keçiriləcək. Qitə birinciliyinin püşkü isə aprelin 8-də atılacaq.
Azerisport.az