Rəsmi açıqlama: “Ciddi kəşfiyyat məlumatları əsasındakı dəyərləndirmələrdən sonra...”
İstanbul valiliyi bu gün keçirilməsi nəzərdə tutulan superliqanın “Qalatasaray” – “Fənərbaxça” oyununun təxirə salınması ilə bağlı rəsmi açıqlama yayıb.
Açıqlamada bildirilir ki, bu gün saat 20.00-da (Bakı vaxtı ilə 22.00 – red.) başlaması gözlənilən oyun ciddi kəşfiyyat məlumatları əsasındakı dəyərləndirmələrdən sonra və hər iki klubun razılığı ilə təxirə salınıb.
Qeyd edək ki, Türkiyə mediası oyunun terror təhlükəsinə görə başqa vaxta keçirildiyini yazıb.
Bakı vaxtı ilə saat 18.30-dan etibarən azarkeşlər matçın keçiriləcəyi “Türk Telekom Arena”dan çıxarılmağa başlayıb. Bir qədər sonra isə görüşün təxirə salındığı elan edilib.