Cüdocularımız Tiflis Qran-prisində mükafat uğrunda yarışacaq

12:57 22 Mart 2016

Martın 25-də Tiflis şəhərində cüdo üzrə beynəlxalq Qran-pri yarışına start veriləcək.


Sportarena.az xəbər verir ki, üç gün davam edəcək turnirdə  Azərbaycan yığma komandası 13 cüdoçu ilə mübarizə aparacaq. 


Gürcüstan Qran-prisində yığma komandamızı Orxan Səfərov, İlqar Müşkiyev (60 kq), Nicat Şixəlizadə, Tərlan Kərimov (66 kq), Rüstəm Orucov (73 kq), Əbdülhəqq Rəsullu, Rüstəm Alimli (81 kq), Məmmədəli Mehdiyev, Ramin Qurbanov (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (100 kq), Uşanqi Kokauri (+100 kq) və Aişə Qurbanlı (48 kq) təmsil edəcəklər.

 

Reytinq xarakterli və Olimpiya yarışına seçim statuslu turnirdə 70 ölkədən 455 idmançı birincilik uğrunda mübarizə aparacaq.


Digər xəbərlər

Xəbər xətti