AFFA-dan "Neftçi" və "Kəpəz"ə cəza

13:14 22 Mart 2016

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, baş tutan iclasda, Azərbaycan Premyer Liqasının XXVI turunda keçirilmiş matçlarda yol verilən qayda pozuntularına müvafiq cəzalar tətbiq olunub.

 

Azərbaycan Premyer Liqasının XXVI turunun “Neftçi” – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.       

 

Azərbaucan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVI turunun “Neftçi” – “Kəpəz” matçının 30-cu dəqiqəsində “Neftçi” klubunun 42 №-li futbolçusu Elvin Sərkərovkobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1000 manat cərimə olunub.


Oyunun 90+4-cü dəqiqəsində “Kəpəz” klubunun 98 №-li futbolçusu Elcan Rəhimovikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti