Doğma meydanda “Inter”ə 0:1 hesabı ilə məğlub olan “Xəzər Lənkəran” sərbəst buraxılıb.
Sportarena.az xəbər verir ki, komanda 4 gün istirahət edəcək. Martın 25-də isə yenidən bir araya gələcək komanda qarşıdakı günlərdə Lənkərandakı bazasında hazırlaşacaq.
Qeyd edək ki, “Xəzər Lənkəran” Premyer Liqanın XXVII turu çərçivəsində martın 30-da səfərdə “Sumqayıt” klubu ilə qarşılaşacaq.(12cioyuncu.info)