Rusiyanın iki yunan-Roma güləşçisinin orqanizmindən istifadəsi qadağan olunmuş meldonium aşkarlanıb.
Sportarena.az xəbər verir ki, Yevgeni Saleyevlə Sergey Semyonovun dopinq-testi müsbət nəticə verib.
Bu il yanvarın 1-dən meldonium pereparatından istifadə qadağan olunub.
Qeyd edək ki, 80 kq çəki dərəcəsində güləşən Saleyev 2014-cü il dünya çempionatının gümüş mükafatçısı, "Bakı 2015" I Avropa Oyunlarının qalibi olub. O, finalda təmsilçimiz Rafiq Hüseynovu məğlub edib. 130 kq-da güləşən Semyonov Avropa Oyunlarının iştirakçısı olub