Avropa klublarının mövsümöncəsi hazırlıq turniri olan "İnternational Champions Cup"ın builki iştirakçılarının adına aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, 10 komanda hazırlıq turnirində iştiraka razılıq verib.
Turnirdə aşağıda adları qeyd olunmuş 10 komanda iştirak edəcək:
"Lester", "Liverpul" və "Çelsi", "Barselona" və "Real", "Milan", "İnter", "Bavariya", PSJ və "Seltik".
Qeyd edək ki, qarşılaşmalar Şimali Amerikada və Avropada oynanılacaq.