Qana yığmasının və Yunanıstanın "Panatinaikos" klubunun yarımmüdafiəçisi Maykl Essyen karyerasını Azərbaycanda davam etdirə bilər.
Sportarena.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, İngiltərənin "Çelsi", İspaniyanın "Real" və İtaliyanın "Milan" kubunun sabiq futbolçusu ilə Azərbaycanın "Qarabağ" klubu maraqlanır.
Qeyd edək ki, 33 yaşlı qanalı yarımmüdafiəçi Fransa çempionluğunu (2 dəfə), kubokunu (2), İngiltərə çempionluğunu (2), Federasiya Kubokunu (4), Liqa Kubokunu (1), Super Kubokunu (1) və Çempionlar Liqasını (1) qazanıb.