Dilənçilərə qəpiklər atan azarkeşlərə sərt cəza verildi

21:29 22 Mart 2016

Çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko" ilə oyundan əvvəl dilənçilərə qarşı təhqiredici hərəkətlər edən PSV-nin 5 azarkeşi stadiona getmək hüququndan məhrum edilib.
 


Sportarena.az xəbər verir ki, Hollandiya klubu xüsusi araşdırma keçirdikdən sonra həmin adamları tapıb və onlara 5 ildən 10 ilə qədər stadiona gəlməyə qadağa qoyub. Həmçinin sözügedən azarkeşlərə komandanın səfər qarşılaşmalarına getməyə də icazə verilməyəcək.
 

 

Bundan başqa Madrid prokurorluğu da  "İnsan ləyaqətini alçaltma" məcəlləsi ilə cinayət işi açıb.


Digər xəbərlər

Xəbər xətti