"Yuventus"un yarımmüdafiəçisi Sami Xedira İtaliya Futbol Federasiyası tərəfindən 2 oyunluq cəzalandırılıb.
Sportarena.az xəbər verir ki, futbolçu A Seriyasının 30-cu turunda "Torino" klubu ilə qarşılaşmada (1:4) hakimi təhqir etdiyinə görə 2 oyunluq cəzalanıb. Bu səbəbdən futbolçu "Empoli" və "Milan" ilə qarşılaşmada komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, "Yuventus" "Empoli" ilə aprelin 2-i, "Milan"la isə 9-u qarşılaşacaq.