İtaliyanın "Roma" klubu Françesko Tottiyə yeni müqavilə təklif etməyə hazırlaşır.
Sportarena.az "Football İtalia"ya istinadən xəbər verir ki, "canavarlar" yayda müqaviləsinin müddəti başa çatacaq Tottini komandadan buraxmaq istəmir. Klub 39 yaşlı futbolçu ilə müqavilənin müddətini daha 1 il uzatmaq fikrindədir.
Qeyd edək ki, Tottinin "Nyu-York Siti"yə transfer olunacağı da iddia edilir.