Belçika Futbol Federasiyası (BFF) Brüsseldə oynanılacaq Belçika - Portuqaliya matçını təxirə salıb.
Sportarena.az xəbər verir ki, mart ayının 29-u keçirilməsi nəzərdə tutulan matç, Brüsseldə baş vermiş terror hadisəsi səbəbi ilə təxirə salınıb.
BFF tərəfindən bu barədə verilən açıqlamada qarşılaşmaya bilet alan azarkeşlərin pullarını geri ödəyəcəklərini bildirib.
Qeyd edək ki, daha öncə Parisdə baş vermiş terror aktı nəticəsində Belçika - İspaniya və Almaniya - Hollandiya matçları da təxirə salınmışdı.