Qış transfer pəncərəsi dönəmində heyətinə qatdığı futbolçulara astronomik məbləğdə pul xərcləyən Çin klubları yenə gündəmə gəlmək üzrədir.
Sportarena.az xəbər verir ki, mövsüm sonunda PSJ-dən ayrılacağı gözlənilən Zlatan İbrahimoviç üçün adı açıqlanmayan Çin klubundan təklif gəlib.
Yayılan məlumata görə klub futbolçu ilə 1 illik müqavilə imzalamaq niyyətindədir. İbrahimoviç klub ilə razılıq əldə edərsə illik məvacibinin 75 milyon avro olacağı gözlənilir.
Qeyd edək ki, cari mövsüm ərzində Fransa Liqa 1-də 25 oyuna çıxan İbrahimoviç 27 qol vurub və 11 məhsuldar ötürmə edib.